Kayıtlar

Blogger V-blogger Azərbaycan tarixi və mədniyyəti ilə bağlı bilib-bilmədiklərimiz

Resim
Hər bir jurnalist araşdırmağa, bilgilənməyə öz Vətənindən başlamalıdır. Bu baxımdan AGAT təşkilatının həyata keçirdiyi "Blogger V-blogger Azərbaycan tarixi və mədniyyəti ilə bağlı bilib-bilmədiklərimiz" adlı layihə jurnalistika fakültəsinin tələbələrinin ölkəmizlə bağlı fəaliyyətinin, təsəvvürlərinin formalaşması üçün mühüm əhəmiyyət kəsb etdi. Belə ki, ilk günlər blogların hazırlanması, mövzuların işənilməsi ilə bağlı bu sahənin mütəxəssisləri tərəfindən keçilən təlimlər işrtirakçıların öz yazılarını, məqalələrini şəxsi bloglarında yayımlamasına böyük yardımlar göstərdi. Layihə çərçivəsində həyata keçirilən Şəki səfəri iştirakçılara belə bir tarix, mədəniyyət bölgəsi ilə tanış olmaq imkanı yaratdı. Biz burada Şəki xan sarayından, Kiş kəndindən, Alban məbədindən olduqca dəyərli məlumatlar, eyni zamanda xatirələr əldə etdik.

Bunlarla yanaşı yeni dostlar qazandıq. Bir - birindən maraqlı mövzularda müzakirələr apardıq.Bir sözlə ümumilikdə təlim hər birimizə xeyli sayda lazımi i…

Gözəllər gözəlinə

Gözəllik məfhumu,əsasən,iki şəkildə anlaşılır:zahiri ve xarici gözəllik.Şübhəsiz ki,bunların hər ikisi mütləqdir.Lakin birinin-zahiri gözəlliyin vacibliyi ifadəolunmazdır.Məhz bu səbəbdən istər dünyanın,istərsə də insanların daxili aləmi gözəlliklərlə nə qədər zəngin olsa,Warl Bodlerə məxsus “Dünyanı gözəllik xilas edəcək” ifadəsi bir o qədər gerçək olar.    İnsan gözəlliyinə gəldikdə isə,anam həmişə deyir ki,əgər bir insanın daxili aləmi gözəldirsə,bu özünü həmin insanın xaricində də əks etdirəcək.       Bütün dövrlərin tanınmış şəxsləri-şairləri,yazıçıları,rəssamları,musiqiçiləri gözəllik anlayışının vacibliyini anlayaraq onu müxtəlif şeirlər,rəsmlər,əsərlər ilə qiymətləndirmişlər.Təbii ki,gözəlliyi qiymətləndirməyi bacarmağın özü də bir gözəllikdir. XX əsrdə Hüseyn Cavid gözəlliyə verdiyi dəyəri belə ifadə etmişdir:                Hər qulun cahanda bir pənahı var                Hər əhli-halın bir qibləgahı var                Hər kəsin bir eşqi,bir Allahı var                Mənim tanrım gö…

Əbədi ayrılığın misraları

Bu yaxınlarda çox sevdiyim mahnılardan biri üçün çəkilmiş video klip qarşıma çıxdı.Təəssüf  ki,bu video klip heç də mahnının sözlərinə uyğun deyildi.Qərara aldım ki,həmin sözlərin yaranma tarixinə nəzər salım və həqiqətən də çox kövrəldici məqamlarla rastlaşdım.Eyni zamanda izlədiyim klipin də mahnının ifadə etdiyi mənanı bizə vermədiyindən əmin oldum. Vaxtilə jurnalist İntiqam Mehdiyevin danışdıqlarının bizə gəlib çıxan hissəsindən bu mahnı ilə bağlı bəzi məlumatlar əldə etdim. Belə ki,Xalq şairimiz Səməd Vurğun və Dağıstanın məşhur şairi Rəsul Həmzətov yaxın dost olmuşlar.Bir gün Səməd Vurğun Dağıstana-dostu Rəsul ilə görüşməyə gedir.Coşğun xasiyyətli avarlar məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov dostunun incidiyini anlayır.Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.Lakin əfsuslar olsun ki,məqsədinə çata bilmir.Çünki Səməd Vurğun artıq ölüm yatağında …

Böyük şairin həqiqəti

Resim
“Ehh hanı o Sovet dövrü?!” ifadəsini yaşlı nəslin dilindən hamımızın eşitdiyini rahatlıqla deyə bilərik. Bəli, etiraf edim ki, bir gənc olaraq zaman-zaman Sovet cəmiyyətinə paxıllığım tutur. Canlı ünsiyyətə daha çox üstünlük verilməsi, insanların daha mehriban olması, vaxtlarını daha səmərəli keçirməsi həmin dövrün reallığı idi. Lakin bir azərbaycanlı kimi isə 1991-ci il oktyabr ayının 18-də əldə olunan müstəqilliyimiz heç nə ilə müqayisə edilməz. Əlbəttə ki, bütün ölkələrin inkişafının hər bir mərhələsində müəyyən çətinliklər mövcud olur, insanları ümumilikdə bir xalq edən də elə həmin çətinliklərin öhdəsindən birlikdə gəlmələridir. Lakin tabelikdə olan dövlətin taleyi daha acı və dözülməzdir. 1920 – ci il də müstəqilliyimizə son qoyan və 1991 – ci ilədək Azərbaycanı əsarətində saxlayan Sovet dönəminin bir sıra müsbət cəhətlərini inkar etmək olmaz, amma bu dövrün dərinliyinə endikdə heç də xoşagələn məsələlərlə qarşılaşmadım. Həmin mövzulardan biri də “ Məndə sığar iki cahan, mə…