Kayıtlar

Eylül, 2017 tarihine ait yayınlar gösteriliyor

Əbədi ayrılığın misraları

Bu yaxınlarda çox sevdiyim mahnılardan biri üçün çəkilmiş video klip qarşıma çıxdı.Təəssüf  ki,bu video klip heç də mahnının sözlərinə uyğun deyildi.Qərara aldım ki,həmin sözlərin yaranma tarixinə nəzər salım və həqiqətən də çox kövrəldici məqamlarla rastlaşdım.Eyni zamanda izlədiyim klipin də mahnının ifadə etdiyi mənanı bizə vermədiyindən əmin oldum. Vaxtilə jurnalist İntiqam Mehdiyevin danışdıqlarının bizə gəlib çıxan hissəsindən bu mahnı ilə bağlı bəzi məlumatlar əldə etdim. Belə ki,Xalq şairimiz Səməd Vurğun və Dağıstanın məşhur şairi Rəsul Həmzətov yaxın dost olmuşlar.Bir gün Səməd Vurğun Dağıstana-dostu Rəsul ilə görüşməyə gedir.Coşğun xasiyyətli avarlar məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov dostunun incidiyini anlayır.Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.Lakin əfsuslar olsun ki,məqsədinə çata bilmir.Çünki Səməd Vurğun artıq ölüm

Böyük şairin həqiqəti

Resim
     “Ehh hanı o Sovet dövrü?!” ifadəsini yaşlı nəslin dilindən hamımızın eşitdiyini rahatlıqla deyə bilərik. Bəli, etiraf edim ki, bir gənc olaraq zaman-zaman Sovet cəmiyyətinə paxıllığım tutur. Canlı ünsiyyətə daha çox üstünlük verilməsi, insanların daha mehriban olması, vaxtlarını daha səmərəli keçirməsi həmin dövrün reallığı idi. Lakin bir azərbaycanlı kimi isə 1991-ci il oktyabr ayının 18-də əldə olunan müstəqilliyimiz heç nə ilə müqayisə edilməz. Əlbəttə ki, bütün ölkələrin inkişafının hər bir mərhələsində müəyyən çətinliklər mövcud olur, insanları ümumilikdə bir xalq edən də elə həmin çətinliklərin öhdəsindən birlikdə gəlmələridir. Lakin tabelikdə olan dövlətin taleyi daha acı və dözülməzdir. 1920 – ci il də müstəqilliyimizə son qoyan və 1991 – ci ilədək Azərbaycanı əsarətində saxlayan Sovet dönəminin bir sıra müsbət cəhətlərini inkar etmək olmaz, amma bu dövrün dərinliyinə endikdə heç də xoşagələn məsələlərlə qarşılaşmadım. Həmin mövzulardan biri də “ Məndə sığar iki cahan, mə