Əbədi ayrılığın misraları


Bu yaxınlarda çox sevdiyim mahnılardan biri üçün çəkilmiş video klip qarşıma çıxdı.Təəssüf  ki,bu video klip heç də mahnının sözlərinə uyğun deyildi.Qərara aldım ki,həmin sözlərin yaranma tarixinə nəzər salım və həqiqətən də çox kövrəldici məqamlarla rastlaşdım.Eyni zamanda izlədiyim klipin də mahnının ifadə etdiyi mənanı bizə vermədiyindən əmin oldum.
Vaxtilə jurnalist İntiqam Mehdiyevin danışdıqlarının bizə gəlib çıxan hissəsindən bu mahnı ilə bağlı bəzi məlumatlar əldə etdim.
Belə ki,Xalq şairimiz Səməd Vurğun və Dağıstanın məşhur şairi Rəsul Həmzətov yaxın dost olmuşlar.Bir gün Səməd Vurğun Dağıstana-dostu Rəsul ilə görüşməyə gedir.Coşğun xasiyyətli avarlar məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov dostunun incidiyini anlayır.Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.Lakin əfsuslar olsun ki,məqsədinə çata bilmir.Çünki Səməd Vurğun artıq ölüm yatağında idi.Beləliklə,1956-cı il,may ayının 27-də dünyasını dəyişən Səməd Vurğun,əziz dostu Rəsuldan küsülü ayrıldı.Bu əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin bir iz qoydu və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dostum” mahnısının sözlərinə çevrildi.

Musiqisi Qulu Əsgərov,tərcüməsi Tofiq Bayrama məxsus dostluq sevgisini ifadə edən bu mahnını,İslam Rzayev,Səxavət Məmmədov,Məhəbbət Kazımov,Alim Qasımov kimi bir çox sənətkarlarımızın ifasında dinləmişik.Daha yaxşı olardı ki, günümüzdə çox istedadlı sənətkarlarımız bütün əsrlər və nəsillər üçün əvəzsiz mahnıya yeni nəfəs,yeni çalar qatsınlar və məzmununa uyğun video klip çəksinlər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Böyük şairin həqiqəti

Gözəllər gözəlinə