Blogger V-blogger Azərbaycan tarixi və mədniyyəti ilə bağlı bilib-bilmədiklərimiz


Hər bir jurnalist araşdırmağa, bilgilənməyə öz Vətənindən başlamalıdır. Bu baxımdan AGAT təşkilatının həyata keçirdiyi "Blogger V-blogger Azərbaycan tarixi və mədniyyəti ilə bağlı bilib-bilmədiklərimiz" adlı layihə jurnalistika fakültəsinin tələbələrinin ölkəmizlə bağlı fəaliyyətinin, təsəvvürlərinin formalaşması üçün mühüm əhəmiyyət kəsb etdi. Belə ki, ilk günlər blogların hazırlanması, mövzuların işənilməsi ilə bağlı bu sahənin mütəxəssisləri tərəfindən keçilən təlimlər işrtirakçıların öz yazılarını, məqalələrini şəxsi bloglarında yayımlamasına böyük yardımlar göstərdi. Layihə çərçivəsində həyata keçirilən Şəki səfəri iştirakçılara belə bir tarix, mədəniyyət bölgəsi ilə tanış olmaq imkanı yaratdı. Biz burada Şəki xan sarayından, Kiş kəndindən, Alban məbədindən olduqca dəyərli məlumatlar, eyni zamanda xatirələr əldə etdik.

Bunlarla yanaşı yeni dostlar qazandıq. Bir - birindən maraqlı mövzularda müzakirələr apardıq.Bir sözlə ümumilikdə təlim hər birimizə xeyli sayda lazımi informasiyaları əldə etmək üçün olduqca faydalı, yararlı müddəti əhatə etdi. Bu baxımdan Lalə Mehdiyeva və təlimin həyata keçirilməsində və bizi bu təlimlərlə tanış edən Günel İsgəndərə dərin təşəkkürlər.                                          

                                                                     Günel İlqar



Yorumlar

Bu blogdaki popüler yayınlar

Əbədi ayrılığın misraları

Gözəllər gözəlinə