Gözəllər gözəlinə

Gözəllik məfhumu,əsasən,iki şəkildə anlaşılır:zahiri ve xarici gözəllik.Şübhəsiz ki,bunların hər ikisi mütləqdir.Lakin birinin-zahiri gözəlliyin vacibliyi ifadəolunmazdır.Məhz bu səbəbdən istər dünyanın,istərsə də insanların daxili aləmi gözəlliklərlə nə qədər zəngin olsa,Warl Bodlerə məxsus “Dünyanı gözəllik xilas edəcək” ifadəsi bir o qədər gerçək olar.  
 İnsan gözəlliyinə gəldikdə isə,anam həmişə deyir ki,əgər bir insanın daxili aləmi gözəldirsə,bu özünü həmin insanın xaricində də əks etdirəcək.      
Bütün dövrlərin tanınmış şəxsləri-şairləri,yazıçıları,rəssamları,musiqiçiləri gözəllik anlayışının vacibliyini anlayaraq onu müxtəlif şeirlər,rəsmlər,əsərlər ilə qiymətləndirmişlər.Təbii ki,gözəlliyi qiymətləndirməyi bacarmağın özü də bir gözəllikdir.
XX əsrdə Hüseyn Cavid gözəlliyə verdiyi dəyəri belə ifadə etmişdir:
               Hər qulun cahanda bir pənahı var
               Hər əhli-halın bir qibləgahı var
               Hər kəsin bir eşqi,bir Allahı var
               Mənim tanrım gözəllikdir,sevgidir.       
Deyilənə görə,bir gün Hüseyn Cavid tələbələrindən imtahan götürərkən gözəl bir qız ağlayaraq içəri daxil olmuşdur.Hüseyn Cavid bu qədər gözəl qızın nə üçün ağladığını sorduqda qız  imtahandan kəsiləcəyindən qorxduğu üçün ağladığını bildirib.Cavid əfəndi:”Təbiət özü sənə əla qiymət yazmışkən mən nə haqla sənin qiymətini kəsim?!”söyləyərək,gözəlliyi özünəməxsus vəsf edib.
O cümlədən Namiq Abdullayev:
Səni gördükdə ayaq saxladı ceyran,işə bax,
Cürəti çatmadı atsın qədəm,aciz qaldı.

İstədim ki,gülüşündən yazım,ey nazlı pəri,
Dəftərin rəngi ağardı,qələm aciz qaldı.

Nuri-hüsnun ilə bəhs eyləmək istərdi,fəqət,
Çilçıraq söndü,günəş batdı,şəm aciz qaldı.
deyərək,gözəlliyin nələrə qadir olduğunu anlatmışdır.
Bütün gözəlliyi tanrım o sərvinaza verib,
Ol hər nə etsə,təbiət ona icazə verib.
                                             (Əliağa Vahid)
Bu misraları oxuduqca 20-ci əsrin gözəllərindən Heyd Lamarr yada düşür.Bəlkə də bəziləri bu adın sahibini tanımır.Dünyanın ən gözəl qadını,aktrisası adlandırılan Hedy Lamarr günümüzdə hamının istifadə etdiyi wi-fi və bluetooth-un ixtiraçısıdır.Mükəmməllik də yəqin ki,gözəlliklə bacarığın birləşməsidir.
Gəlin bizlər də daxilindəki gözəlliyi xaricində əks etdirən bütün gözəllikləri qoruyaq,dəyər verək.
Gözəllik anlayışının nəzmlə ifadə olunan bənzərsiz nümunələrindən birini bütün Azərbaycan Gözəllərinə ithaf etmək istədim:
           Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,
           Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini
           Doymaram min kərə,hər gün mən eşitsəm səsini,
           Çekirəm car bunu bilsin Vətənim,bilsin elim,
           Sən gözəllər gözəlindən də gözəlsən,gözəlim!
                                                         (Süleyman Rüstəm)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Əbədi ayrılığın misraları

Böyük şairin həqiqəti