Əbədi ayrılığın misraları
Bu yaxınlarda çox sevdiyim mahnılardan biri üçün çəkilmiş video klip
qarşıma çıxdı.Təəssüf ki,bu video klip
heç də mahnının sözlərinə uyğun deyildi.Qərara aldım ki,həmin sözlərin yaranma
tarixinə nəzər salım və həqiqətən də çox kövrəldici məqamlarla rastlaşdım.Eyni
zamanda izlədiyim klipin də mahnının ifadə etdiyi mənanı bizə vermədiyindən əmin
oldum.
Vaxtilə jurnalist İntiqam Mehdiyevin danışdıqlarının bizə gəlib çıxan
hissəsindən bu mahnı ilə bağlı bəzi məlumatlar əldə etdim.
Belə ki,Xalq şairimiz Səməd Vurğun və Dağıstanın məşhur şairi Rəsul Həmzətov
yaxın dost olmuşlar.Bir gün Səməd Vurğun Dağıstana-dostu Rəsul ilə görüşməyə
gedir.Coşğun xasiyyətli avarlar məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və
şair dostundan incik halda geri qayıdır.Uzun müddət dostundan xəbər ala bilməyən
R.Həmzətov dostunun incidiyini anlayır.Daha sonra şairdən üzr istəmək qərarına
gəlir və bu məqsədlə Bakıya yollanır.Lakin əfsuslar olsun ki,məqsədinə çata
bilmir.Çünki Səməd Vurğun artıq ölüm yatağında idi.Beləliklə,1956-cı il,may
ayının 27-də dünyasını dəyişən Səməd Vurğun,əziz dostu Rəsuldan küsülü
ayrıldı.Bu əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin bir iz qoydu və həmin
iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dostum” mahnısının sözlərinə
çevrildi.
Musiqisi Qulu Əsgərov,tərcüməsi Tofiq Bayrama məxsus dostluq
sevgisini ifadə edən bu mahnını,İslam Rzayev,Səxavət Məmmədov,Məhəbbət
Kazımov,Alim Qasımov kimi bir çox sənətkarlarımızın ifasında dinləmişik.Daha
yaxşı olardı ki, günümüzdə çox istedadlı sənətkarlarımız bütün əsrlər və nəsillər
üçün əvəzsiz mahnıya yeni nəfəs,yeni çalar qatsınlar və məzmununa uyğun video
klip çəksinlər.
Yorumlar
Yorum Gönder