Əbədi ayrılığın misraları
Bu yaxınlarda çox sevdiyim mahnılardan biri üçün çəkilmiş video klip qarşıma çıxdı.Təəssüf ki,bu video klip heç də mahnının sözlərinə uyğun deyildi.Qərara aldım ki,həmin sözlərin yaranma tarixinə nəzər salım və həqiqətən də çox kövrəldici məqamlarla rastlaşdım.Eyni zamanda izlədiyim klipin də mahnının ifadə etdiyi mənanı bizə vermədiyindən əmin oldum. Vaxtilə jurnalist İntiqam Mehdiyevin danışdıqlarının bizə gəlib çıxan hissəsindən bu mahnı ilə bağlı bəzi məlumatlar əldə etdim. Belə ki,Xalq şairimiz Səməd Vurğun və Dağıstanın məşhur şairi Rəsul Həmzətov yaxın dost olmuşlar.Bir gün Səməd Vurğun Dağıstana-dostu Rəsul ilə görüşməyə gedir.Coşğun xasiyyətli avarlar məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov dostunun incidiyini anlayır.Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.Lakin əfsuslar olsun ki,məqsədinə çata bilmir.Çünki Səməd Vurğun artıq ö...