Gözəllər gözəlinə
Gözəllik məfhumu,əsasən,iki şəkildə anlaşılır:zahiri ve xarici gözəllik.Şübhəsiz ki,bunların hər ikisi mütləqdir.Lakin birinin-zahiri gözəlliyin vacibliyi ifadəolunmazdır.Məhz bu səbəbdən istər dünyanın,istərsə də insanların daxili aləmi gözəlliklərlə nə qədər zəngin olsa,Warl Bodlerə məxsus “Dünyanı gözəllik xilas edəcək” ifadəsi bir o qədər gerçək olar. İnsan gözəlliyinə gəldikdə isə,anam həmişə deyir ki,əgər bir insanın daxili aləmi gözəldirsə,bu özünü həmin insanın xaricində də əks etdirəcək. Bütün dövrlərin tanınmış şəxsləri-şairləri,yazıçıları,rəssamları,musiqiçiləri gözəllik anlayışının vacibliyini anlayaraq onu müxtəlif şeirlər,rəsmlər,əsərlər ilə qiymətləndirmişlər.Təbii ki,gözəlliyi qiymətləndirməyi bacarmağın özü də bir gözəllikdir. XX əsrdə Hüseyn Cavid gözəlliyə verdiyi dəyəri belə ifadə etmişdir: Hər qulun cahanda bir pənahı va...